Bölgələrdə Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir təşkil edilib
16 oktyabr 2026, 16:27

Respublikamızın bölgələrində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir təşkil edilib.
Ağsu. Oktyabrın 14-də Ağsu şəhər P.F. Mirzəyev adına 5 saylı tam orta ümumtəhsil məktəbində “Müstəqilliyin bərpası: tarixi yol və dövlətçilik prinsipləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Seyran Dəmirov, məktəbin direktor müavini Mais Cəbrayılov, müəllim və şagirdlər iştirak ediblər.
Şəki. Oktyabrın 15-də Şəki Dövlət Regional Kollecində “18 Oktyabr – Azadlıq və qürur günü” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, kollecin müəllim və tələbələri iştirak ediblər.
Yardımlı. Oktyabrın 15-də Yardımlı rayonu Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbində “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Sabirabad. Oktyabrın 16-da Sabirabad şəhəri M. Müşfiq adına 4 saylı şəhər tam orta məktəbində “18 Oktyabr – azadlıq və qürur günü” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilibi ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq əzminin və dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində sarsılmaz təməllər üzərində möhkəmlənən müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib bir ölkənin vətəndaşları olaraq, Müstəqilliyin Bərpası Gününü böyük qürurla qeyd edirik.