Bölgələrdə milli-mənəvi dəyərlərin təbliği davam etdirilir
07 dekabr 2023, 07:54

06.12.2023, Quba rayonu: DQİDK-nın Quba RİH, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icması ilə birgə birgə təşkil etdiyi “Ailə institutunun gücləndirilməsi: məişət zorakılığının qarşısının alınmasında hüquqi və dini aspektlər” mövzusunda seminarda Komitənin şöbə müdiri Ramin Xudayev, mərkəzin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı aparatının Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev, dini icmanın sədri İlkin Qayıbov, İkinci Nügədi kənd sakinləri, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.

 

07.12.2023, Yevlax rayonu: Komitənin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Tədbirdə Komitənin əməkdaşı Əlisa Fərəcov, Media Mərkəzinin direktoru Fərman Nəbiyev, Mingəçevir Valideynlər Assosiyasiyası İctimai Birliyinin nümayəndəsi Yeganə Nəbiyeva, ekspert təlimçi-psixoloq Seymur Səfəralıyev və fəal valideynlər iştirak ediblər.

 

07.12.2023, Şəki şəhəri: Şəki şəhər 14 saylı tam orta məktəbdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda keçirilən maarifləndirici tədbirə Komitənin əməkdaşı Minarə Məmmədhüseynova, məktəbin direktoru İradə Abdullayeva və şagirdlər qatılıblar.

 

07.12.2023, Bakı şəhəri, Suraxanı rayonu: Dövlət Komitəsinin "Höccət İbn Həsən məscidi dini icması" ilə birgə Suraxanı Gənclər Evində təşkil etdiyi “Dini radikalizm və ekstremizmlə mübarizədə hər kəs sayıq olmalıdır" adlı maarifləndirmə tədbirində Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin nümayəndələri, Uşaq birliklərinin rəhbərləri, psixoloqları və rayonun fəal gəncləri iştirak ediblər.

 

07.12.2023, Balakən rayonu: İmam Şamil adına Şambul kənd tam orta məktəbində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən RİH və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitənin əməkdaşı Ruslan Əfəndiyev, RİH başçısı aparatının nümayəndəsi Hacı Muradov, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Rəsul Şamilov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

07.12.2023, Yevlax rayonu: Komitənin Yevlax bölgəsi üzrə şöbəsi və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi Asəf Almədətov, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin  psixoloqu Əhməd Yusifli, rayon 1 saylı Mediasiya təşkilatının rəhbəri Nigar Hüseynzadə, gənclər, məktəb psixoloqları iştirak ediblər.

 

Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Bölgələrdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkilib.  

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.