İyunun 18-də Qəbələ şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki-Zaqatala regional bölməsi və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Tarixi kontekstdə Aşura mərasimləri və mənəvi mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Qəbələ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pərviz Ağayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyunun 18-də DQİDK-nın Qazax-Tovuz regional bölməsi və Şəmkir RİH-in birgə təşkilatçılığı ilə “Tarixi kontekstdə Aşura mərasimləri və mənəvi mahiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Şəmkir Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Salman Atayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyunun 19-da DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi, Samux RİH və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin məsləhətçisi Rövşən Hacıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov, Samux Rayon Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyunun 19-da DQİDK-nın Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin Qqazılığı tərəfindən Ağstafa şəhər Cümə məscidində “Aşura mərasimləri: mənəvi dəyərlər və hüquqi məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Komitənin əməkdaşları, QMİ-nin Qazax rayon qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda Aşura mərasimlərinin tarixi kökləri və mənəvi mahiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin dini dəyərlərin düzgün və sağlam əsaslar üzərində təbliğinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda dini fanatizm və radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələr diqqətə çatdırılıb, bu cür meyillərin ictimai sabitliyə, tolerantlıq və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərdiyi bildirilib. Bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi xüsusi vurğulanıb.