Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
12 may 2023, 07:21

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam edir.

Ucar rayonu Qaracallı kənd 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkliatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda baş tutan tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Qoşqar Kazımov, müəllim və şagirdlər qatılıblar.

Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbində "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfulla Umarov, Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Daşqın Rüstəmov, müəllimlər, şagirdlər, Goranboy rayonu Safıkürd kəndində “Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyi” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, ictimaiyyət nümayəndələri, müəllimlər, eləcə də məktəblilər iştirak ediblər.

Salyan rayonunda isə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub. Qeyd olunan tədbirə RİH-nin nümayəndəsi Sevinc Səmədova, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Zamin Əsədov, təhsil işçiləri və şagirdlər qatılıblar.

Daha bir maarifləndirmə tədbiri “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda Qax rayon Almalı kənd  tam orta məktəbində keçirilib. Tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, İH başçısının kənd ərazisi üzrə nümayəndəsinin müavini Kamil Yusifov, rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, müəllimlər  və şagirdlər qatılıblar.

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub, maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə DQİDK-nın fəaliyyəti xüsusilə qeyd edilib.