Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
27 oktyabr 2023, 09:00

Azərbaycanın bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilib.

Cəlilabad: Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbdə “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin nümayəndələri Həsən Hümbətov, Cavidan Rəşidov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə Gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun nümayəndəsi Ərəstun Vəliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Şəki: DQİDK-nın müvafiq bölgə şöbəsi üzrə məsləhətçisi Minarə Məmmədhüseynova, Şəki şəhər 3 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Mehriban Zərgərova, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Ağcabədi: DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsi, Tərtər rayon İcra Hakimiyyəti (RİH) və Tərtər şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Tərtər rayonu Əskipara kənd məscidində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda keçirilən tədbirdə Komitənin əməkdaşı Pərviz Eyvazov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, dini icmanın sədri Sadiq Cəfərov, kənd ağsaqqalları və din xadimləri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyəti qeyd olunub. Maarifləndirmə sahəsində təhsil müəssisələrinin, eləcə də din xadimlərinin rolu vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.