İyunun 23-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: mənəvi dəyərlər və hüquqi məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin məsul əməkdaşları, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, həmçinin Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.
İyunun 23-də Qax rayonu Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, icra başçısının müavini Vəfa Heydərova, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
İyunun 23-də Balakən rayonunda “Cəmiyyət, ordu və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə DQİDK-nin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şamil Nuriyev, Vətən müharibəsi veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyunun 23-də Ucar rayonu Qazyan kənd “Savab” məscidində “Dini mərasimlər: ictimai təhlükəsizlik və insan hüquqları perspektivindən” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov , din xadimlər və dini icmanın üzvləri iştirak ediblər.
İyunun 24-də DQİDK-nin Qazax-Tovuz regional bölməsi və Gədəbəy şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusuna həsr olunmuş tədbir reallaşdırılıb. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Cavid Səfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
İyunun 24-də DQİDK-nin Lənkəran-Astara regional bölməsi və QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunub. Keçirilən tədbirə regional bölmənin əməkdaşı Famil Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri qatılıblar.
Çıxışlarda xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, gənc nəslə fundamental dövlətçilik prinsipləri əsasında aşılanması və vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm prioritetləri xüsusi vurğulanıb. Eyni zamanda, cəmiyyətdə radikal meyllərə qarşı profilaktik mübarizənin gücləndirilməsi və milli həmrəyliyin qorunması prosesində din xadimlərinin üzərinə düşən vəzifələrdən danışılıb. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirlər müzakirələrlə davam etdirilib.