Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
13 mart 2026, 12:01

Martın 11-də Göyçay rayonu Qarabaqqal kənd məscidində “Orucun əhəmiyyəti: mənəvi təmizlik və səbr” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, din xadimləri və icma sədrləri iştirak ediblər.

Martın 13-də Qax şəhəri Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbdə "Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Tərlan Nəzərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Martın 12-də Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəbdə “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Martın 12-də Daşkəsən rayonu Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.