Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
24 fevral 2023, 07:24

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi  üzrə  şöbəsi, Şəki Şəhər İcra Hakimiyyəti (İH) və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbində “Gənclər Narkomaniyaya yox deyir. Narkomaniya və onun törətdiyi bəlalar” mövzusunda baş tutan tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, İH-in əməkdaşı Anar Məmmədov, Polis Şöbəsinin əməkdaşı Səlim Səlimov, müəllimlər  və şagirdlər  iştirak ediblər.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Ruslan Əfəndiyev, Balakən Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov və rayonun din xadimləri, dini icma sədrlərinin iştirakı ilə  “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daha bir maarifləndirmə tədbiri Samuxda baş tutub. "Yetkinlik yaşına çatmamış gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda keçirilən tədbirə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İH başçısının müavini Kəmalə Xəlilova, rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, eləcə də Həsən Bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin müəllim və şagirdləri qatılıblar.

Ucar rayonu Xələc kənd tam orta məktəbində "Erkən nikah və məişət zorakılığının qarşısının alınması" mövzusunda keçirilən tədbirdə isə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, PŞ-nin rəis müavini Elnur Məmmədov və ictimaiyyət nümayəndələri, eləc də məktəblilər iştirak ediblər. 

Çıxışlarda maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb. Təhsilin vacibliyi xüsusilə diqqətə çatdırılıb.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.