Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Ucar rayonu Lək kənd 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH), rayon Polis Şöbəsi (RPŞ) və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar RPŞ-nin rəisi Valik Vəlimətov, gənclər və məktəblilər iştirak ediblər.
Daha bir tədbir Balakən rayonunda baş tutub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən RİH və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Gərəkli kənd M.Müşfiq adına tam orta məktəbində keçirilən tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova, Balakən rayonu Talalar kəndi “Hetovlar” məscidinin din xadimi Ramil Şahverdiyev, müəllim və şagirdlər qatılıblar.
Qubada keçirilən maarifləndirmə tədbirində isə Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Anar Məmmədov və şöbənin əməkdaşı Aynur Yəhyayeva, İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba Tibb Kollecinin müəllim və tələbələri, eləcə də fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. Məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb.