Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
10 fevral 2023, 02:09

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam edir.
Gəncədə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxananın əməkdaşları iştirak ediblər.
Ucarda baş tutan maarifləndirmə tədbirinə isə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, gənclər və orta məktəb şagirdləri qatılıblar.
Samux rayon İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbində, eləcə də Samux şəhər 2 saylı tam orta məktəbində keçirilən tədbirlərdədə Dövlət Komitəsini Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux rayon Polis Şöbəsinin rəis müavinləri Arzu Məmmədov və Emin Qurbanov, müəllim və şagirdlər iştirak ediblər.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsi, Laçın rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Laçın rayon 37 saylı tam orta məktəbində baş tutan maarifləndirmə tədbirinə Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, Polis şöbəsinin əməkdaşları, müəllim və şagirdlər qatılıblar.

Çıxışlarda maarifləndirmə işinin əhəmiyyətindən bəhs olunub. Dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizədə təhsilin vacibliyi diqqətə çatdırılıb. Bu cür tədbirlərin keçirilməsinin zəruriliyi qeyd edilib.