Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), rayon Gənclər və İdman İdarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi və rayon Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, təşkilatçı qurumların nümayəndələri, eləcə də peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.
Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı rayonunda da maarifləndirmə tədbirləri baş tutub. Qeydolunan tədbirlərə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Gənclər Evinin nümayəndəsi Anar Səfərxanlı, Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon Tibb Kollecinin tələbələri, rayon Mərkəzi Kitabxanasının əməkdaşları, gənclər, Varxankənd kənd tam orta məktəbinin müəllim və şagirdləri qatılıblar.
Daha bir tədbir Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, RİH-nin məsul əməkdaşı Məhərrəm Qurbanov Polis Şöbəsinin əməkdaşı Pərviz Cavadov və məktəblilərin iştirakı ilə Biləsuvar rayonunda keçirilib.
Daha bir tədbir isə Beyləqan rayonunda baş tutub. Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan rayon Peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.
Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Hal kənd tam orta məktəbində keçirilən tədbirə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri, İsmayıllıda baş tutan tədbirə isə rayon Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri və başqaları qatılıblar.
Lerik şəhəri M.Bağışov adına 3 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramin Ağayev, müəllim və şagirdlər, Xocavənddə baş tutan tədbirdə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Xocavənd RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov və ictimaiyyət nümayəndələri, Yevlaxda keçirilən tədbirdə isə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Yevlax şəhər Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.
Maarifləndirmə xarakteri daşıyan tədbirlərdə dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha qarşı ölkəmizdə həyata keçirilən mübarizə işlərindən bəhs olunub. Gənclərin təhsilli, bilikli olmasının vacibliyi diqqətə çatdırılıb. Məktəblilərin milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib.
İştirakçıların sualları cavablandırılıb.