Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir.
Fevralın 16-da Ucar şəhər 5 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayonu İcra Hakimiyyəti (RİH ) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumlarların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Fevralın 16-da Kürdəmirdə "Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nın əməkdaşı Daşqın Rüstəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Fevralın 16-da Göygöl rayonunun M.Cəfərov adına Pənahlı kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllim və şagirdlərin iştirakı ilə keçirilib.
***
Fevralın 16-da Qazax Dövlət Sosial-İqtisadi Kollecində "Dini radikalizmin fəsadları" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, Qazax RİH-nin əməkdaşı Ceyhun Rüstəmov, Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, RPŞ-nin əməkdaşı Həmid Umudov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Mənəvi dəyərlərimizin təbliği, dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən bəhs olunub. Sonda iştirakçıların sualları cavablandırılıb.