Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam etdirilir.
22.11.2023, Sumqayıt şəhəri: şəhər 34 saylı tam orta məktəbində “Dini – ideoloji təhlükəsizlik və gənclər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdir müavini Ülvi Məmmədov, Şəhər Polis İdarəsi, Abşeron - Xızı Regional Gənclər və İdman, Təhsil idarələrinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
22.11.2023, Ucar rayonu: Qaracallı kənd tam orta məktəbində "Milli -mənəvi dəyərlər və dini radikalizm" mövzusunda baş tutan tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti qurumların nümayəndələri, müəllimlər və şagirdlər, rayonun Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirə isə bölgə şöbəsinin, muzeyin əməkdaşları və gənclər qatılıblar.
22.11.2023, Sabirabad rayonu: DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlərin iştirakı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusu müzakirə olunub.
22.11.2023, Yevlax şəhəri: “Azərbaycan tolerantlıq diyarıdır" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samir Sadıqov, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb. Ölkəmizin tolerantlıq diyarı olduğu bildirilib. Eyni zamanda, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, törətdiyi fəsadlar və ona qarşı mübarizə üsulları haqqında məlumat verilib. Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin, eləcə də təhsilin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, dini-ideoloji təhlükəsizlik məsələsi milli təhlükəsizliyin ən mühüm istiqamətlərindəndir.