Respublikamızın bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin müvafiq qurumlarla birgə maarifləndirmə sahəsindəki tədbirləri davam edir.
Sumqayıt şəhəri: şəhər 2 saylı tam orta məktəbində “Dini dünyagörüşü müxtəlifliyi və tolerantlıq” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəhər Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, DQİDK-nın bölgə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Təbib Məmmədov, Abşeron - Xızı regional gənclər və idman, təhsil idarələrinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Ağcabədi rayonu: rayonun Hindarx qəsəbəsin 2 saylı ümumi orta məktəbində “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm və ekstremizm, erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsi rəisinin 1-ci müavini Elmir Dəmirçiyev, bölgə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Ucar rayonu: rayonun Rəstəcə kənd tam orta məktəbində "Dini radikalizm və onun tarixi kökləri" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Qobustan rayonu: rayonun A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbində “Dövlətçilik, milli birlik, həmrəylik, vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, bölgə şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Gəncə şəhəri: şəhər Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbində “Vətənpərvər gəncliyin yad təsirlərə qarşı mübarizəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Regional Təhsil İdarəsinin əməkdaşı Vüsalə Balayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Masallı rayonu: “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.