Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) digər müvafiq qurumlarla birgə bölgələrdə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam edir.
Qazax rayonunda "Sülh aylığı" çərçivəsində baş tutan tədbirə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Rüstəmov, Rayon Gənclər və İdman sektorunun müdir əvəzi Sahib Namazov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kürdəmirdə keçirilən tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in əməkdaşı Daşqın Rüstəmov, din xadimləri və gənclərin iştirakı ilə baş tutub.
Balakən rayonunun Talalar kənd 2 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizmin təhlükəsindən qoruyaq” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Fuad Mikayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Gəncə şəhərində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Samirə Məmmədova, eləcə də din xadimləri iştirak ediblər.
Göyçay rayonunda "Dini radikalizm və narkomaniyaya qarşı mübarizə" mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Göyçay Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirlər müzakirələrlə davam edib.