Bölgələrdə maarifləndirici görüşlər davam etdirilib
01 iyun 2022, 09:29
İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əhatə etdiyi Lənkəran, Astara və Lerik rayonlarında din xadimləri və din xadimi olmaq istəyən şəxslərlə görüşlər keçirilib. Onlara İslam dininə aid ibadət yerlərinə (məscidlər) və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, habelə, din xadiminin təyin edilməsi məqsədi ilə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsahibə barədə geniş məlumat verilib.