"İnsan Hüquqları Aylığı" çərçivəsində keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Mayın 29-da Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbində "Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Kəmalə Cəfərova, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Mayın 29-da Biləsuvar rayonunun Xırmandalı kəndi 1 saylı tam orta məktəbində “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Dadaşov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Ziya Qurbanov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
***
Daha bir analoji tədbir mayın 30-da Qax rayon Baydarlı kənd tam orta məktəbində baş tutub. “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunun müzakirəsinə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri qatılıblar.
***
Mayın 30-da Gədəbəy Peşə Liseyində "İnsan hüquqları: dini etiqad azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Səfərov, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 31-də Oğuz şəhər 3 nömrəli məktəb-liseydə “Gələcəyini düşün, sağlam həyat tərzini seç” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda bütün dinlər və onların mənsubları bərabər hüquqludur. Tarixən tolerantlıq məkanı olan ölkəmizdə heç vaxt dini, milli ayrı-seçkilik hallarına rast gəlinməyib. O da vurğulanıb ki, dini etiqad azadlığına hörmət hər bir vətəndaşın hüquqi və mənəvi borcudur.