Respublikamızın bölgələrində gənclərin və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.
23.11.2023, Gəncə şəhəri: şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbində “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda baş tutan tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, müəllimlər və məktəblilər qatılıblar.
23.11.2023, Ucar rayonu: bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti qurumların nümayəndələri və gənclərin iştirakı ilə rayonun Heydər Əliyev Mərkəzində "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib.
23.11.2023, Balakən rayonu: Qullar 2 saylı tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyəti (İH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, müəllimlər və məktəblilər qatılıblar.
23.11.2023, Sumqayıt şəhəri: Daha bir tədbir Sumqayıtın 35 saylı tam orta məktəbində “Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin idrakı” mövzusunda keçirilib. Tədbirdə bölgə şöbəsinin əməkdaşı Xalid Paşayev, şəhər Polis İdarəsi, Abşeron - Xızı Regional Gənclər və İdman, Təhsil idarələrinin nümayəndələri, eyni zamanda müəllimlər və şagirdlər iştirak ediblər.
23.11.2023, Yardımlı rayonu: Şəfəqli kənd S.Şabiyev adına tam orta məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunun müzakirəsinə bölgə şöbəsinin əməkdaşı Pərvin İmanov, Rayon İH-nin nümayəndəsi Kərəm Hüseynov, müəllimlər və məktəblilər qatılıblar.
23.11.2023, Ağdaş rayonu: rayondakı Peşə Məktəbində isə “Narkomaniyaya qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əlisa Fərəcov və Asif Ədilov, tələbələr, din xadimləri, fəal gənclər iştirak ediblər.
23.11.2023, Cəlilabad rayonu: Cəliabadda isə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavidan Rəşidov, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Gənc nəslin milli və vətənpərvər ruhda tərbiyəsi” mövzusu müzakirə edilib.
23.11.2023, Laçın rayonu: Taxtakörpü qəsəbəsində yerləşən M.Məmmədov adına Qarakeçdi kənd 2 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda baş tutan tədbirdə bölgə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda maarifləndirmənin əhəmiyyətindən bəhs olunub. Bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsinin zəruriliyi vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırlııb.