Bölgələrdə dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizə mövzuları müzakirə olunub
20 dekabr 2023, 09:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri həyata keçirir.

 

19.12.2023, Qazax rayonu: Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində “Dini radikalizm, narkomaniya, erkən nikah və onların fəsadları” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın bölgə şöbəsi üzrə əməkdaşı Eşqin Allahverənov, Rayon İcra Hakimiyyəti, Polis Şöbəsinin məsul əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

19.12.2023, Ucar rayonu: Şəhər 4 saylı tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

20.12.2023, Siyəzən rayonu: rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” mövzusunda seminar keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, İcra Hakimiyyətinin əməkdaşı Günel Ağayeva, müəllimlər və şagirdlər iştirak ediblər.

 

20.12.2023, Kürdəmir rayonu: "Qızların təhsildən yayınması və erkən nikahın qarşısının alınmasında din xadimlərinin rolu" mövzusu müzakirə edilib. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə baş tutub.

 

20.12.2023, Quba rayonu: “Korrupsiyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirmə tədbir keçirilib. Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, müvafiq yerli dövlət qurumlarının nümayəndələri, dini icma sədrləri qatılıblar.

 

20.12.2023, Salyan rayonu: “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Əlişir Əliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Zamin Əsədov, təhsil işçiləri və gənclər iştirak ediblər.
 

 

Çıxışlarda ölkəmizdə dini radikalizmə, erkən nikaha və zərərli vərdişlərə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.