Regionlarda dini maarifləndirmə tədbirləri davam etdirilir.
Fevralın 14-də Zərdab rayonunun Çallı kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Dini radikalizmi meydana gətirən səbəblər" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, din xadimləri və kənd ağsaqqalları iştirak ediblər.
***
Fevralın 14-də daha bir tədbir Balakən şəhəri 1 nömrəli peşə məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda baş tutub. Tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, müəllimlər və şagirdlər qatılıblar.
***
Fevralın 14-də Şabran rayonu Şahnəzərli kəndi Ə.Quliyev adına tam orta məktəbində isə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, müvafiq qurumların nümayəndələri iştirak ediblər.
***
Fevralın 14-də Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə “Dini radikalizmi meydana gətirən səbəblər" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən danışılıb. Müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri geniş izah olunub.