Bölgələrdə dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib
29 sentyabr 2015, 13:00
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yevlax şəhər Xaldan kənd "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikalizmin təsirlərindən qorunması” layihəsi çərçivəsində sentyabrın 28-də “İslam sülh və qardaşlıq dinidir” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Xaldan kənd “Cümə” məscidində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, dini icmanın sədri Vaqif Xəlilov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əzim Rəfiyev və Fuad Şirinov, Yevlax şəhər “Cümə” məscidinin imamı Nəsib Xəlilov və dindarlar, dini icmanın üzvləri, Xaldan kəndi ilə yanaşı Yenicə və Aşağı Bucaq kəndlərinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov  layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Layihə barədə məlumat verən Natiq Əfəndiyev bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Tədbirdə ekspert qismində iştirak edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əzim Rəfiyev “İslam sülh və qardaşlıq dinidir” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. Əzim Rəfiyev bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.
Tədbirdə vətənimizin torpaq bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirələri ehtiramla yad edilib.
 
****
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə  məscidi  dini icmasının həyata keçirdiyi “Dindarlar milli-mənəvi dəyərlərimizin keşikçisidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri Asəf Axundov  layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə Lənkəran rayonu Ləj kənd “Cümə” məscidinin axundu, ilahiyyatçı Samid Quliyev “Qurban bayramının tarixi və fəlsəfi əhəmiyyəti”, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri və axundu Asəf Axundov “Dindarlar zərərli vərdişlərə qarşı”, Lənkəran rayonu Veravul kənd “Cümə”məscidinin axundu Rais Nəzərov “Narkomaniya və onun bəlaları” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
****
Sentyabrın 24-də Lənkəran rayonu Şıxakəran kənd  məscidi  dini icmasının həyata keçirdiyi “Erkən nikah və onun fəsadları” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər. Lənkəran rayon Şıxakəran kənd məscidi dini icmasının sədri Muxtar Əzizov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Natiq qeyd edib ki, bu gün dini icma tərəfindən  Qurban bayramı ilə əlaqədar imkansız ailələrə paylanacaq ehsan məlum layihənin davamıdır. 

****
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan maliyyə vəsaiti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Tədbirin ikinci hissəsi “ Zərərli vərdişlərə və radikalizmə yox deyək ”mövzusu ətrafında  Şəhid Əliyev Sabir Xeyrulla oğlunun adını daşıyan Monidigah kənd tam orta məktəbinin akt zalında  təşkil olunub. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə məktəbin müəllimləri, Şöyüb Babayev, Bəxtiyar Cəfərov , Kamal İsayev və  Balaəhməd Tağıyev mövzu ilə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
Tədbiri sonunda Monidigah kənd  məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev, layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb.