Bölgələrdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilir
31 mart 2022, 04:25

Bölgələrdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilir.

Martın 30-da Ağsu şəhər Mədəniyyət Sarayında keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman idarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin direktoru Məhəmməd Priyev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.

Şirvan şəhərində fəaliyyət göstərən din xadimləri isə soyqırımı günü ilə əlaqədar şəhərdəki Şəhidlər xiyabanını ziyarət ediblər. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Hacıqabul və Salyan rayonlarında da anım tədbirləri keçirilib. Anım mərasimilərində adıçəkilən rayonların rəhbər şəxsləri, din xadimləri, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, şöbənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Siyəzən rayonunda da anım mərasimi keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, müəllimlər və şagirdlər iştirak ediblər.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Masallıda keçirilən tədbirdə isə DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini işin təşkilatçısı Abbas Abbaszadə, dini icma sədrləri və din xadimləri iştirak edib.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllim və tələbələrinin iştirakı ilə Ağcabədi də anım tədbiri keçirilib. Ağcabədi Pedaqoji Kollecində keçirilən tədbirdə isə kollecin Mirələm İbrahimli, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, kollecin müəllim və tələbələri içştirak ediblər.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhərininin din xadimləri və dini icma sədrləri 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini anıblar.

Çıxışlar zamanı erməni daşnaklarının tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə, deportasiya və soyqırım siyasətindən danışılıb. Qeyd edilib ki, bu soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub.