Bölgələrdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib
18 mart 2026, 18:00

Respublikamızın bölgələrində ziyalıların, din xadimlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.
Martın 17-də Qusar rayonunun Aşağı İmamqulukənd kənd məktəbində “31 Mart faciəsi: tarixdən günümüzə” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Qusar şəhər “Mustafa Kazdal” məscidinin dini ayinlərin icraçısı Vadir Mustafayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Martın 17-də Yardımlı rayonu Köryədi kənd tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Səfail İbişli, müəllimlər və şagirdlər iştirak ediblər.
Martın 18-də Goranboy rayonunun Tatarlı kənd tam orta məktəbində “Soyqırım siyasəti və 31 Mart tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, Safıkürd və Tatarlı kənd məscidinin dini icma sədri Elnur Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.


Çıxışlarda 1918-ci ilin mart-may aylarında ermənilərin havadarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində qəddarlıqla həyata keçirdiyi soyqırımı haqqında məlumat verilib. 1918-ci ilin mart soyqırımının öz amansızlığına, qəddarlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayət aktlarından biri olduğu qeyd edilib. Bildirilib ki, 31 Mart hadisələrinə siyasi-hüquqi qiymət məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib.