İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun-Silahlı Qüvvələr Günü ilə bağlı olaraq “Böyük xalqın qüdrətli ordusunun qurucusu - Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.
Zərdab rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, yerli dövlət qurumlarının əməkdaşları və qazilər iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan Ordusunu müasir, müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev formalaşdırıb. Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
***
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Gənclərimizin vətənpərvər ruhda tərbiyəsində Ordumuzun rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi çağırış bölməsinin zabiti Şahlar Usubəliyev, Rayon Peşə Məktəbinin müəllim və tələbə kollektivi, Heydər Əliyev Mərkəzinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri də iştirak ediblər.
Əvvəlcə tədbirin əhəmiyyətindən bəhs olunub. Çıxışlar zamanı ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, ölkənin müdafiəsi və hərbi kadrların hazırlığının təşkilinin dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb.