Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib
20 may 2019, 04:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib.

Mehriban Əliyeva sosial şəbəkədəki rəsmi hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb: “İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.