Biləsuvarda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
23 yanvar 2025, 07:44

Yanvarın 22-də Biləsuvar rayonu Ağayrı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşı Cavid Dadaşov, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov, “İmam Zaman” məscidinin imamı Elvin Məmmədzadə, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb və uşaqlara mənəvi dəyərlərin aşılanmasından bəhs olunub. Şəhid və qazilərimizin göstərdikləri şücaətin gənc nəsillərə düzgün çatdırılmasının vacibliyi vurğulanıb. O da bildirilib ki, gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına dövlət tərəfindən böyük diqqətlə yanaşılır.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.