Biləsuvarda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilib
13 iyun 2022, 08:14

İyunun 13-də Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun yaratdığı fəsadlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev,  4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın ümumbəşəri bəla olaraq xalqların genofonduna sarsıdıcı zərbələr vurduğu, onun qarşısının alınmamasının böyük çətinliklər yaratdığı və narkomaniya ilə mübarizənin külli miqdarda xərclər bahasına başa gəldiyini vurğulayıblar. Dünya Səhiyyə Təşkilatının hesabatlarında hazırda dünya əhalisinin 250 milyon nəfərinin narkomaniyanın girovuna çevrildiyi, o cümlədən Azərbaycanda da ümumbəşəri problem olaraq narkomaniyanın cəmiyyəti daim narahat etdiyi diqqətə çatdırılıb.

Tədbirin yekununda şagirdləri maraqlandıran suallar cavablandırılıb.