Biləsuvar və Salyan maarifləndirmə tədbirləri keçirilib
25 noyabr 2025, 10:52

Biləsuvar rayonu:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə noyabrın 24-də Biləsuvar rayonunun Aşağı Cürəli kənd tam orta məktəbində “Azərbaycançılıq:milli ideologiyamızın zirvəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Komitənin Şirvan-Salyan regional bölmənin məsləhətçisi Cavid Dadaşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Biləsuvar şəhər “İmam Zaman” məscidinin imam müavini Qüdrət Hüseynov və məktəblilər iştirak ediblər.

***                                                     ***                                          ***

Salyan rayonu:

Noyabrın 24-də Salyan rayonunun Şorsulu kənd tam orta məktəbində  Rayon İcra Hakimiyyəti, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dində sosial ədalət və bərabərlik prinsipləri” mövzusu müzakirə edilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, təşkilatçı qurumların məsul əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.

Hər iki tədbirdə vurğulanıb ki, azərbaycançılıq ideologiyası və dini-əxlaqi dəyərlər cəmiyyətimizin inkişafında mühüm istiqamətlərdən biridir. Həm milli kimliyimizi qorumağın, həm də dində sosial ədalət və bərabərlik prinsiplərinə əməl etməyin gənc nəslin formalaşmasında əsas rol oynadığı qeyd olunub. Natiqlər bildiriblər ki, məktəblilərin bu mövzularda maarifləndirilməsi gələcəkdə sağlam düşüncəli və məsuliyyətli vətəndaşların yetişməsinə təkan verir.