Beynəlxalq Tolerantlıq Günü münasibətilə regionlarda tədbirlər keçirilib
17 noyabr 2025, 15:33

“16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” münasibətilə bölgələrdə silsilə tədbirlər keçirilib.

 Qax rayonu:

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli tam orta məktəb-liseyində “Dini tolerantlıq cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısıdır” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nin regional bölməsinin əməkdaşı Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova, müəllim və  şagird kollektivi iştirak ediblər.

Ucar rayonu:

Noyabrın 14-də DQİDK-nin Göyçay regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq: bir arada yaşamağın gücü” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nin Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, aidiyyəti dövlət qurumlarının nümayəndələri və gənclər qatılıblar.

Goranboy rayonu:

Noyabrın 17-də DQİDK-nin Gəncə-Daşkəsən regional bölməsi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Tatarlı kənd tam orta məktəbində “Həmrəyliyin möhkəmlənməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nin regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, din xadimləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Diqqətə çatdırılıb  ki, dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə əsrlərdir mövcud olan birliyin daha da möhkəmlənməsinə zəmin yaradır. O da qeyd olunub ki, tolerantlıq Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biridir. Eyni zamanda tolerantlığın sülhün və sabitliyin təmin olunmasında xüsusi rola malik olduğu bildirilib.

Qeyd olunan tədbirlər diskussiya şəklində davam edib.