İyulun 23-də Beyləqan rayonundakı “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və hərbi hissənin birgə təşkilatçılığı ilə “İntihar və özünə xəsarət yetirmə İslam dininin ən böyük günahlarıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, hərbi hissənin Qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi Çingiz Zeynalov, Beyləqan rayonu Qarallar məscidinin imamı Səbuhi İbdaov, eləcə də hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxışçılar bu cür profalaktik və preventiv maarifləndirmə görüşlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, tədbirin əsas məqsədi gənc hərbçilərə problemləri düzgün həlletmə bacarıqlarını aşılamaq, onlarda sağlam düşüncə tərzini formalaşdırmaq və intihar hallarına qarşı mənəvi-psixoloji dözümlülüyü artırmaqdır.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.