Beyləqandakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
05 fevral 2025, 07:06

Fevralın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonu “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər. 

Natiqlər dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat veriblər. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.