Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dində insan həyatının önəmi: intihar çarə deyil!” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin əməkdaşları Bəhrəm Abbaslı, Elvin İbrahimov, hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə köməkçisi Zamir İbrahimov, Qarallar kənd məscidinin imamı və dini icmasının sədri Səbuhi İbadov və şəxsi heyət iştirak edib.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. İntihara cəhdin qarşısının alınmasında maariflədirmə tədbirlərinin həyata keçirilməsinin önəminə toxunulub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.