Beyləqanda radikal ideologiyalara qarşı maarifləndirici tədbir keçirilib
31 iyul 2025, 09:17

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Beyləqan rayonu 5-ci Hərbi Polis şöbəsinin nümayəndəsi Tofiq Bağırov, Şəfəq qəsəbəsi “Cərcis Peyğəmbər” ziyarətgah məscidinin imam müavini Məhəmməd Sadıqov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı radikal dini ideologiyaların mahiyyəti, onların yaratdığı təhlükələr və bu cür cərəyanlara qarşı cəmiyyətin maarifləndirilməsi yolları barədə ətraflı məlumat verilib. Həmçinin vurğulanıb ki, dini maarifləndirmə və sağlam dini düşüncənin təşviqi gənclərin zərərli təsirlərdən qorunmasında mühüm rol oynayır. Radikal dini cərəyanların yayılmasının qarşısının alınması, gənclər və hərbi qulluqçular arasında düzgün dini maarifləndirmənin aparılmasının vacibliyi diqqətə çatdırılıb.