Beyləqanda maarifləndirici tədbir keçirilib
18 mart 2022, 01:13

Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ələmdar Rzayev adına Dünyamalılar kənd 2 saylı tam orta məktəbində “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti”  mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, Dünyamalılar kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda qadınların dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, onların idarəetmə və qərarların qəbul olunması prosesinə cəlb edilmələri üçün lazım olan bütün addımların atıldığı qeyd edilib. Vurğulanıb ki, erkən nikah səbəbindən qızların təhsildən yayınması hallarına da rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığı və maarifləndirici tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.