Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan Rayon İcra Hakimiyyəti və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, İcra Hakimiyyətinin əməkdaşı Suliddin Əsgərov, din xadimləri, müəllimlər və tələbələr iştirak ediblər.
Öncə Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyi diqqətə çatdırılıb. Bu istiqamətdə regionlarda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyi vurğulanıb. Qeyd edilib ki, hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir.