Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər F. Hacıyev adına 2 saylı tam orta məktəbində “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov, eləcə də müəllimlər və məktəblilər iştirak ediblər.
Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və vətənpərvərlik ruhunda böyüməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətin önəmi vurğulanıb. Natiqlər milli-mənəvi dəyərlərin gənclər arasında qorunması və inkişaf etdirilməsi üçün birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Tədbir müzakirələrlə davam etdirilib.