Beyləqanda dini radikalizm mövzusu müzakirə olunub
10 fevral 2023, 08:15

Fevralın 10-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti və rayon Peşə məktəbinin birgə təşkilatıçlığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.   

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Peşə məktəbinin psixoloqu Sənani Umudov, İcra Hakimiyyətinin nümayəndəsi Sona Mirzəyeva, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs olunub. Həmçinin xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.