Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Peşə Liseyində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov, Rayon Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalardab bəhs olunub. Habelə dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə geniş məlumatlar verilib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” adlı sənədli film nümayiş etdirilib. İştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.