Bərdədə “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusu müzakirə edilib
13 oktyabr 2023, 07:41

Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayonu üzrə Təhsil, Gənclər və İdman sektorlarının birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları Fidan Nəsirli və Avtab Cəbrayılova, Qarabağ Regional Təhsil İdarəsi üzrə Bərdə rayon Təhsil sektorunun əməkdaşı Elxan Əliyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev və Kollecin tələbələri iştirak ediblər.

Çıxışlar zamanı qadının cəmiyyətdə rolu, təhsilin əhəmiyyəti, İslam dinində qadınlara verilmiş hüquqlar, vəzifələr və digər məsələlər haqqında faydalı məlumatlar verilib. Natiqlər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradıldığını, qadınların dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb edilmələri üçün bütün lazımı addımların atıldığını bildiriblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.