Bərdədə “Müzəffər xalqın şanlı Zəfəri” mövzusunda tədbir təşkil edilib
06 noyabr 2024, 09:43

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi,  Bərdə rayon Gənclər və İdman sektoru və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Müzəffər xalqın şanlı Zəfəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, müəllimlər, tələbələr, eləcə də Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Qeyd edilib ki, Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.