Bərdədə maarifləndirmə tədbiri keçirilib
23 yanvar 2024, 09:30
Yanvarın 23-də Bərdə rayonunda “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, rayon Təhsil Sektorunun əməkdaşı Elxan Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Qızların təhsil almasının vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.