Bazilika, Çiraquz kəndi
13 may 2021, 03:55
Çiraquz kəndində alban memarlığına aid abidə yerləşir. Abidə daha qədim tikilinin bünövrəsi üzərində inşa edilmişdir. Çiraquz bazilikasının 1742-ci ildə bərpa olunduğu güman edilir. Abidənin uzunluğu 12, 8 metr, eni 9, 8 metr, hündürlüyü isə 5 metrdir. Giriş qapısı qərb tərəfdəndir. Abidənin üstü ikiyamaclı daşlarla örtülmüşdür. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən ərazi işğal edildikdən sonra abidə erməni millətçiləri tərəfindən dağıdılaraq yararsız hala salınmışdır.