Balakəndə din xadimlərinin hesabatları dinlənilib
25 yanvar 2024, 06:43

Yanvarın 24-də Balakən rayonunda din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşları, QMİ-nin qazısı İbrahim İbrahimov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Din xadimlərinin, eləcə də dini icma sədrlərinin 2023-cü ilin yekunlarına dair hesabatı dinlənilib. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir müzakirələrlə davam edib.