Balakəndə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusu müzakirə edilib
28 sentyabr 2022, 07:29

Sentyabr ayının 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə M.Müşviq adına Gərəkli kənd tam orta məktəbində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Nurlan Şibliyev, Balakən Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, 2-ci Qarabağ müharibəsi qazisi Afiyəddin Mustafayev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Xalqımızın Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək öz haqq savaşını zəfərlə başa vurduğu, Vətən müharibəsi zamanı xalqımızın milli və dini həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Seminar müzakirələrlə davam etdirilib.