Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), rayon 2 saylı Diyarşünaslıq klubu və rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Balakən şəhər 2 saylı Diyarşünaslıq klubunda “Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Türkan Əliyeva, təşkilatçı qurumların əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda Ümummilli Liderin həyat və fəaliyyətindən ətraflı bəhs olunub. Qeyd olunub ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. Eyni zamanda dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında son dərəcədə mühüm rol oynayıb.
Tədbir qarşılıqlı fikir mübadiləsi aparılmaqla davam etdirilib.