Balakəndə müəllimlərin və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri baş tutub
28 noyabr 2025, 15:54

Noyabrın 26-da Balakən rayonunun Qullar kənd Eyvaz Əliqayev adına 2 nömrəli tam orta məktəbdə “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda radikal ideologiyaların yaratdığı təhlükələrdən danışılıb. Gənclərin dini-mənəvi dəyərlər əsasında maarifləndirilməsinin əhəmiyyəti və sağlam düşüncənin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.