Balakəndə maarifləndirmə tədbiri baş tutub
26 sentyabr 2024, 01:27

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində  “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, müəllimlər və şagirdlər iştirak ediblər.  

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı bildirilib ki, 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılıb.

Qeyd edilib ki, qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən  müvafiq Sərəncamın imzalanması tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. 

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Müzəffər Komandan" sənədli filmi nümayiş etdirilib.