Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə 1 nömrəli peşə məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İdarəsinin əməkdaşı Amil Yusifli, Balakən RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, 1 nömrəli peşə məktəbinin direktoru Rəhim Tağıyev, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı gənclər arasında gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda gender əsaslı zorakılığın başvermə səbəbləri və qarşısını almaq yolları barədə danışılıb.
Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.