İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon Şöbəsi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, DTX-nın Balakən Rayon Şöbəsinin əməkdaşı Valeh Qurbanov, rayon MKS-nin müdiri Məryəm Tağıyeva, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirdə, həmçinin dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri də müzakirə edilib.
Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.