Balakəndə "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusu müzakirə edilib
10 may 2023, 02:49

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gənclər evi sosial xidmət müəssisəsi, eləcə də Şəki-Zaqatala Regional Təhsil Idarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Aslan Balayev adına İtitala kənd tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Qeyd edilib ki, multikulturalizm xalqımızın həyat tərzidir. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.